Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

ABŞ-ın “Zəngəzur əməliyyatı”nın pərdəarxası...

 

ABŞ-ın Ermənistanın müstəqilliyi və təhlükəsizliyində maraqlı olduğuna dair ictimaiyyətdə formalaşan fikir əslində səhvdir.

Yenixeber.org xəbər verir ki, bunu ABŞ-dakı erməni diasporunun aktiv üzvü, “Kaliforniya Kuryer” qəzetinin baş redaktoru Arut Sasunyan deyib.

“ABŞ-ın fəaliyyəti Rusiyanın Cənubi Qafqaz və digər regionlardakı təsirinin ləğvinə yönəlib. Bu, məhz ABŞ-ın maraqlarına uyğundur. Demokratiya, sülh, müqavilə – bütün bunlar sadəcə sözdür, yalnız həqiqəti görməyənlər bunlara inana bilərlər. ABŞ vəzifəlilərinin erməni demokratiyası barədə tərifləri sadəcə hazırkı hakimiyyətin Vaşinqtona lazım olan hər şeyi etməsi ilə bağlıdır. ABŞ üçün indi Rusiyanın çıxarılması ilə yanaşı, Zəngəzurdan keçəcək dəhliz də vacibdir”, Sasuyan iddia edib.

O deyib ki, böyük oyunçular Ermənistanı kiçik, əhəmiyyətsiz, Azərbaycan və Türkiyəni isə daha vacib ölkə kimi qəbul edirlər:

“Yəni Ermənistandan fərqli olaraq Ankara və Bakı bütün tərəflərdən fayda əldə etmək üçün diplomatik oyunları necə oynamaq gərəkdiyini bilirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam