Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Rusiyada hərbi hissədə atışma olub -ölənlər və yaralananlar var

 İyulun 11-də axşam saatlarında Belqorod vilayətindəki hərbi dislokasiya məntəqəsində atışma olub, ölənlər və yaralananlar var.

Yenixeber.org: Bu barədə Rusiyanın “Baza” “teleqram” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, ilkin məlumata görə, atışmadan sonra axtarış planı elan edilib.

Məlum olub ki, atışmanı törədən Çuvaşiyadan olan Aleksey adlı 29 yaşlı hərbçidir. Onun orduda müqavilə əsasında xidmət etdiyi bildirilir: “İyulun 11-də axşam saatlarında baş verən atışmadan sonra qaçan şəxs özü ilə “Kalaşnikov” avtomatı və 70 patron götürüb”.

Rusiyanın “SHOT” kanalının məlumatına görə isə gecə saatlarında Belqorod vilayətinin Kozinski rayonundakı hərbi hissədə müqaviləli əsgər digər hərbçilərə hücum edib. O, iki nəfəri güllələyərək qətlə yetirib, birini yaralayıb və bundan sonra silahla qaçıb. Xəbərdə qeyd olunur ki, hərbçinin Ukrayna tərəfə keçdiyi ehtimal edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam