Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

“Aqressiv oynadıq” - Ermənistanı məğlub edən millimizin baş məşqçisi

 

“Görüşə yüksək səviyyədə hazırlaşmışdıq. Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Bunu bacardıq”.

Yenixeber.org xəbər verir ki, bunu Basketbol Federasiyasına açıqlamasında Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi, Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatının C divizionunun ilk matçında Ermənistan üzərində qazanılan qələbəni şərh edib: “Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamaq imkanı vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq. Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun”.

Qeyd edək ki, U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam