Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm”

İran prezidentliyinə əsas namizəd, Güney azərbaycanlı Məsud Pezeşkianın sosial şəbəkələrdə yayılan müsahibəsi maraqla qarşılanıb.

Yenixeber.org-un məlumatına görə, müsahibə bir müddət əvvəl alınsa da, seçkilər ərəfəsində gündəmə gəlib. 

Pezeşkian jurnalistin “Siz türksünüz yoxsa, kürd?” sualına belə cavab verib: “Mən Azərbaycanda, Məhabadda dünyaya gəlmişəm. Evdə uşaqlarıma əvvəldən fars dilində danışmağa icazə verməmişəm. Əvvəldən türk dilində danışmışıq. Qətiyyətlə demişəm, mən türkəm. Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm”.

Xatırladaq ki, İranda keçirilən prezident seçkilərinin birinci turuna Məsud Pezeşkian liderlik edib. Namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün iyulun 5-də ikinci tur baş tutacaq. İkinci turda İranın Ali liderinin respublikanın Milli Təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam