Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

“25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

“2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb”​. 

Yenixeber.org xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və Polis Akademiyasının 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasimdə deyilib.

V.Eyvazov qeyd edib ki, həmin müddətdə 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Həmçinin cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub. Bundan başqa 25 tona yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam