Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Bu yollar 30 iyuna qədər bağlı olacaq

Bakının Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən 30 iyun saat 06:00-dək Parlament prospekti və Atatürk prospektinin “Gənclik” metrostansiyası istiqamətindəki yolunda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.  

Parlament prospektinə daxil olan 3, 18, 39 və 205 nömrəli müntəzəm avtobus marşrutları alternativ olaraq Mikayıl Müşfiq və Mehdi Hüseyn küçələri, Atatürk prospektinə daxil olan 3, 7A, 7B, 9, 26, 33, 67, 85, 93, 199, 202 və 211 nömrəli müntəzəm avtobus marşrutları isə alternativ olaraq Azadlıq prospekti, Ağasadıq Gəraybəyli, Həsən Əliyev, Əhməd Rəcəbli, Fətəli xan Xoyski, İbrahimpaşa Dadaşov küçələri ilə fəaliyyət göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam