Partlayışın mənbəyinin şəhərdən kənarda olduğu ehtimal edilir
Yenixeber.org: Ukraynanın Xarkov şəhərinin şimal hissəsində partlayış səsi eşidilib.
Partlayışın mənbəyinin şəhərdən kənarda olduğu ehtimal edilir.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, saat 9:03-də Xarkov vilayətində də hava hücumu xəbərdarlığı elan edilib.
Bundan əvvəl bildirilib ki, ötən gecə Ukraynanın müxtəlif vilayətlərində, o cümlədən Poltava, Xmelnitski və Xarkov vilayətlərində bir neçə partlayış baş verib.(“Public”)










AZ
RU
