Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

MEK-də Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar sərgi keçirilir -FOTOLAR



 

MEK-də Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar sərgi keçirilir, bu sırada "Zəfər Tarixinin Qəhrəmanları" və "Tarixin Zəfər Yolu" kitabları da var

Yenixeber.org: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 26 İyun- Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar sərgi keçirilir.

 Burada Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 106 illik şərəfli yoldan geniş bəhs edən MEK-in fondlarındakı nəşrlər sərgilənir. Onların sırasında “Hərbi məktəblərin banisi”, “Azərbaycanda Ali Baş Komandanlıq institutunun Heydər Əliyev mərhələsi”, “Heydər Əliyev və Azərbaycanın Daxili İşlər Orqanları”, “Zəfər memuarları. Döyüşçülər, sərkərdə və müharibə haqqında”, “İlham Əliyev. On beş illik prezidentlik dövrünün uğur salnaməsi 2003-2018”, “Azərbaycan Ordusunun tarixi”, “Hər biri qəhrəmandır”, “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”, “General Əliağa Şıxlinski və silahdaşları”, “Tarixin Zəfər yolu”, “Tarix yazan qəhrəmanlar”, “Hərbi qanunlar toplusu”, “Hərb məharəti tarixi” və digər nəşrlər yer alıb.

 Nəşrlərdə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğundakı misilsiz xidmətləri, Azərbaycanın müstəqilliyi, torpaqlarının azadlığı uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının qəhrəmanlıq yolu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizə yazılan Zəfər və ordu quruculuğu haqqında digər mühüm məlumatlar yer alır.

 Sərgi iki həftə müddətində davam edəcək.

 İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam