Həcdə ölən zəvvarların sayı 1000 nəfəri -ÖTÜB
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən zəvvarların sayı min nəfəri keçib.
Yenixeber.org: Daha əvvəl 600 zəvvarın öldüyü barədə məlumat verilmişdi.
Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb.
Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır.
Bu il təqribən 1 milyon 830 min zəvvar Həcc ziyarətinə gedib, onlardan 1,6 milyonu əcnəbidir.(AFP)










AZ
RU