Rusiya fin sərhədindəki ordusunu Ukraynaya göndərdi
Finlandiya ilə sərhəd yaxınlığındakı Rusiya bazaları demək olar ki, boşdur. Rusiya buradakı bütün şəxsi heyət və texnikanı Ukraynaya qarşı müharibəyə göndərib.
Yenixeber.org: “Texnika və əsgərlərin orta hesabla 80%-i Ukraynaya qarşı müharibəyə aparılıb. Bazalarda demək olar ki, yalnız təlimatçılar və çağırışçılar qalıb. Müqaviləli əsgərlər döyüşə göndərilib”, - mənbə bildirib.
Mənbənin sözlərinə görə, Rusiya təkcə Finlandiya sərhədindəki bazalarından deyil, Moskva bölgəsi istisna olmaqla, bütün ərazisindən texnika və hərbi personalı çıxarır.(Yle)










AZ
RU