Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

TDT-nin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısı Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısı gələn il Azərbaycanda keçiriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısında qərar qəbul edilib.

Toplantıda iştirak edən Azərbaycan Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi ölkə üçün əsas prioritetlərdən biridir. Hazırda dünyada gedən regionallaşma mühiti dövlətlərarası əlaqələrin dərinləşməsini və region ölkələrinin inteqrasiyasını şərtləndirir.

Qeyd edilib ki, bu gün hüquq sistemləri bir çox qlobal və yerli çağırışlarla üz-üzədir. Bu çağırışlar ədalət mühakiməsinin həyata keçirilməsində müasir kommunikasiya texnologiyaları, süni intellektin və digər mütərəqqi təcrübələrin daha da dərindən tətbiq edilməsidir. Azərbaycanda da elektronlaşma, müasir texnologiyaların istifadəsi sahəsində son illər əsaslı irəliləyişin əldə olunduğu vurğulanıb. Bildirilib ki, qarşılıqlı görüşlər hakim korpusunun yetişdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısı 22-24 may tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam