Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının rəhbərliyi təşkilatın büdcəsinə qənaət etmək üçün binada kondisioner sistemini söndürmək qərarına gəlib.

Yenixeber.org xəbər verir ki, qənaət tədbirləri arasında BMT kompleksinə daxil olarkən avtomatik qapılara elektrik enerjisinin verilmə müddətinin azaldılması, tərcüməçilərin iş vaxtından artıq işləməsinin qadağan edilməsi və yeni işçilərin qəbulunun məhdudlaşdırılması da var.

BMT administrasiyası iştirakçı ölkələr tərəfindən təşkilata ödənilən vəsaitlər gecikdiyinə görə xərcləri azaltmaq qərarına gəlib. Bu il quruma daxil olan 193 ölkənin üçdə birindən çoxu üzvlük haqqını köçürməyib və borc məbləği 1,7 milyard dolları ötüb. “Bloomberg”in məlumatına əsasən, ABŞ-nin təşkilata 763 milyon dollar borcu var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam