Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
Polşa Türkiyədən sifariş verdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının hamısını əldə edib.
Yenixeber.org: Bu barədə Şərqi Avropa ölkəsinin müdafiə nazirinin müavini Pavel Beyda
bildirib.“Bu, Türkiyənin “Bayraktar TB2” dronlarının əvvəllər sifariş edilmiş tədarüklərinin sonuncu partiyasıdır – müqavilə Polşa Hərbi Hava Qüvvələrini gücləndirəcək dörd dəst pilotsuz uçuş aparatının alınmasını nəzərdə tuturdu. Beləliklə, Polşa Qoşunları (Polşa Silahlı Qüvvələrinin qeyri-rəsmi adı – red.) dünyanın bir çox ordularının istismar etdiyi müasir texnika ilə zənginləşir”, – Beyda yazıb.
Xatırladaq ki, Polşa 2021-ci ilin mayında Türkiyədən 24 ədəd “Bayraktar TB2” PUA-sı sifariş etmişdi.










AZ
RU