Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Avropalı nümayəndə heyəti ilə görüşdən imtina etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisiyə səfər edəcək avropalı nümayəndə heyəti ilə görüşməyəcək.

Yenixeber.org: “Mən onlara indi səfər üçün heç də yaxşı vaxt olmadığını dedim, çünki “Xarici agentlər haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi olacaq. Səfərin bu müzakirələrdən sonra baş tutması daha yaxşı olardı. Təəssüflər olsun ki, onlar mənim tövsiyəmi nəzərə almadılar”, - deyə Papuaşvili qeyd edib. 

Qeyd edək ki, mayın 13-14-də Almaniya, Polşa, Çexiya və Baltikyanı ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin sədrləri Tbilisiyə səfər edəcəklər. 

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb. Qanun layihəsi yaxın günlərdə üçüncü oxunuşda müzakirə ediləcək.(Sputnik Gürcüstan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam