Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Fazil Mustafaya qarşı sui -qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayəti ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesi keçirilməyib.

Yenixeber.org-un məlumatına görə, buna səbəb cinayət işini araşdıran hakimlərdən birinin - Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb.

Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab olunmayıb.

Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib. 

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən beş nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam