Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Paşinyandan yeni addım - Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

 

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə milli dəyərlərin yeni siyahısını dərc edib.

Yenixeber.org xəbər verir ki, Paşinyanın siyahısında “Erməni Apostol Müqəddəs Kilsəsi, Erməni Katolik Kilsəsi, Erməni Yevangelist Kilsəsi” yer alıb.

O, katolik və yevangelist kilsələrini erməni apostol kilsəsi ilə eyniləşdirib.

"Yeri gəlmişkən, Ermənistan Konstitusiyasının 8.1-ci maddəsində açıq şəkildə qeyd olunub ki, Ermənistan Respublikasında kilsə dövlətdən ayrılıb və Ermənistan Respublikası Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna milli kilsə kimi erməni xalqının mənəvi həyatında, onun inkişafı məsələsində milli mədəniyyət və milli kimliyin qorunub saxlanması missiyasını tanıyır”, - deyə "Sputnik Armenia" Paşinyanın paylaşımına şərh verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam