Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

 

Azərbaycan və Slovakiya müdafiə sektorunda mümkün əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.

Yenixeber.org xəbər verir ki, bunu ölkənin müdafiə naziri Robert Kalinyak deyib.

“Slovakiya uzun müddətdir ki, müdafiə sənayesinin yüksək inkişafı ilə tanınır. Ona görə də bir çox ölkələr bu sahədə Slovakiya ilə əməkdaşlıq etmək istəyir”, - o bildirib.

R.Kalinyak müdafiə sahəsində qarşılıqlı əməkdaşlığa dair bu gün Bakıda imzalanan sənədlərdən danışaraq qeyd edib ki, konkret müqavilələrdən danışmaq hələ tezdir: “Hazırda mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu memorandumlar həm də Azərbaycanla əməkdaşlıq çərçivəsində müdafiə sənayemizi inkişaf etdirməyə imkanı verir. Bəzi hallarda bu, birbaşa müqavilə və ya birbaşa sifariş, digər hallarda isə texnologiyanın transferi, malik olduğumuz bacarıqların ixracıdır. Birgə müəssisələr mövqeyi var”.

Nazir vurğulayıb ki, bu əməkdaşlıq Slovakiyanın iqtisadi inkişafına da töhfə verəcək.

R.Kalinyakın sözlərinə görə, qarşılıqlı danışıqlar nəticəsində məlum olub ki, Azərbaycan ağır sənaye üçün Slovakiyanın uzun illər təcrübəsi olan tam texnoloji bazanın yaradılmasında maraqlıdır: “Bu, bu sahədə slovakiyalı mütəxəssislər üçün yer yaradır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam