Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Vladanka Andreeva: DİM gündəliyi Azərbaycanda dərin kök salıb

 

Azərbaycan bu ilin iyul ayında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üzrə dördüncü könüllü milli hesabatını təqdim edəcək dünyada azsaylı ölkələrdən biridir.

Yenixeber.org xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu fakt Azərbaycan hökumətinin öz məqsədlərinə çatmaq üçün öhdəliklərinə ciddi yanaşmasından xəbər verir: “DİM-in gündəliyi Azərbaycanda həqiqətən də dərin kök salıb”.

V.Andreeva həmçinin Bakıda 4-cü DİM dialoqunun təşkilinin vacibliyini qeyd edib: “Dialoq Azərbaycanın 4-cü Könüllü Milli Hesabat layihəsi üzrə milli tərəfdaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr üçün platforma rolunu oynayır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam