Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər

Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər.

Yenixeber.org xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya ayırdığı 61 milyard dollarlıq yardım paketinin tədarükündən sonra baş verəcək: “Çox güman ki, Qərbin silah və sursatlarının cəbhəyanı Ukrayna bölmələrinə çatması bir neçə həftə vaxt alacaq. Bundan sonra Ukrayna cəbhə xəttindəki durumu sabitləşdirə bilər”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam