Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı

 

Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış “Froylyayn Lizerin portreti” adlı rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. 

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən “im Kinsky” hərrac evi yayıb.

Bildirilir ki, Klimtin 1917-ci ilin yazında çəkdiyi bu rəsmi Honqkongdan bir alıcı əldə edib.

Qeyd edək ki, sözügedən rəsm əsərinin 1925-ci ildən 1961-ci ilə qədər taleyi məlum deyil. Hərrac evinin məlumatına görə, əsərin bundan əvvəlki sahibləri 1960-cı ildən sonra ona qanuni əsaslarla yiyələniblər. Bu dövrə qədər isə əsər itmiş hesab olunub.

“Froylyayn Lizerin portreti” 1960-cı illərdən sonra miras yolu ilə 3 şəxsə məxsus olub. “im Kinsky” cari ilin yanvarında rəsm əsərinin tapıldığını elan edib. Əsərin son sahibinin kim olduğu açıqlanmayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam