1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı -7 il cəza almışdı FOTOLAR
Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb.
Yenixeber.org-un məlumatına görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı.![]()
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verən iş adamı zərərçəkmiş şəxslərə dəyən zərəri müəyyən qədər ödədiyi üçün azadlığa buraxılıb.
Qeyd edək ki, Məhərrəm Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.![]()
Xatırladaq ki, 2022-ci ilin may ayında Məhərrəm Əhədovun oğlu, 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilirdi.(Qaynarinfo)










AZ
RU