Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

KTMT-nin baş katibi İrəvandan gileyləndi -İştirak etməyiblər...

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan son vaxtlar katibliyin işində iştirak etməyib, lakin təşkilatdan çıxmaq barədə bildiriş göndərməyib.

Yenixeber.org xəbər verir ki, KTMT-nin baş katibi quruma yeni ölkələrin də qoşula biləcəyini istisna etməyib.

“İrəvan həqiqətən də bu yaxınlarda KTMT katibliyinin işində iştirak etməyib... Ermənistan Respublikası rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, bildirim ki, katibliyə İrəvandan KTMT üzvlüyünün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb”, - təşkilatın baş katibi “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkoya müsahibəsində bildirib.

O, həmçinin bildirib ki, katiblik mütəmadi olaraq İrəvandakı müvafiq strukturları qəbul edilən qərarlar barədə məlumatlandırır. Tasmaqambetovun sözlərinə görə, KTMT iştirak üçün çox əlverişli şərtlər, o cümlədən böhranlı vəziyyətlərin həlli üçün siyasi və diplomatik üsullara üstünlük verir.

Qeyd edək ki, hazırda KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Fevralda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bəyan edib. Bundan sonra Ermənistan hakimiyyəti Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanını tərk etməsi barədə Moskvaya müraciət edib. Martın 12-də Nikol Paşinyan Ermənistanın suveren ərazisinin harada yerləşməsi və KTMT-nin məsuliyyət zonasının harada olması ilə bağlı təşkilatın tərəfdaşlarının baxışı İrəvanı qane etmədiyi təqdirdə Ermənistanın KTMT-dən çıxmasının mümkünlüyündən danışıb. Rusiya Xarici İşlər Nazirliyi bu cür ritorikanı təhqiramiz adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam