Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Putin “Crocus”dakı terrordan danışdı:radikal islamçıların əli ilə törədilib

“Crocus”da terror aktı radikal islamçıların əli ilə törədilib.

Yenixeber.org: Məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin martın 22-də “Crocus City Hall” konsert salonunda baş vermiş terror aktı ilə bağlı keçirdiyi müşavirədə deyib.

Onun sözlərinə görə, Rusiya “Crocus”da terror aktını kimin törətdiyini bilir:

“Lakin bunu kimin sifariş etdiyi maraqlıdır”.

Putin qeyd edib ki, Rusiya hələ də Moskva vilayətində terror aktında islamçıların iştirakı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməlidir:

“Crocus”da baş verən terror aktı Kiyev rejiminin 2014-cü ildən Rusiya Federasiyasına qarşı baç qaldırdığı müharibəsinin bir hissəsidir. “Crocus”da baş vermiş terror aktı Kiyevin hədə-qorxu kampaniyasına tam məntiqlə uyğun gəlir”.

Putin “Crocus”da terror aktı ilə bağlı aparılan istintaqın gedişi barədə mütəmadi olaraq ona məlumat verilməsi tapşırığını verib.

Prezident “Crocus”dan sonra terrorçuların niyə Ukraynaya getdiyi sualını qaldırıb:

“Onları orada kim gözləyirdi?”

Rusiya Prezidenti Kiyevin əks-hücum əməliyyatının tamamilə iflasa uğradığını, Rusiya Silahlı Qüvvələrinin bütün təmas xətti boyunca təşəbbüsü əlində saxladığını söyləyib:

“Kiyevin cəbhəni sabitləşdirmək üçün etdiyi bütün cəhdlər uğursuz alınıb, Rusiya Federasiyası xüsusi əməliyyatda təşəbbüsü özündə saxlayır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam