Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Ölkəmizdə “Prius”lar bahalaşdı -Səbəb

Azərbaycanda “Toyota Prius” markalı avtomobillərin qiyməti artıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev deyib.

“Alverçilər bilirlər ki, artıq bazara 10 ildən artıq yaşı olan avtomobil daxil olmur. Ona görə də əllərində olan həmin avtomobillərin qiymətini süni şəkildə artırırlar. Məsələn, əvvəlki dövrlə müqayisədə hazırda “Prius” markalı avtomobillərin qiymətində 2000-2500 manat civarında fərq var. Eyni zamanda buraxılış ili 10 ildən yuxarı olan digər avtomobillərin qiymətində də artım müşahidə olunur. Alverçilər yaranan qıtlıqdan istifadə edirlər”, - ekspert əlavə edib.

Qeyd edək ki, ötən gün paytaxtın maşın bazarında satışa çıxarılan avtomobillərin sayında kəskin artım müşahidə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam