Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bayramov hindistanlı həmkarı ilə görüşdü -FOTO

Ceyhun Bayramov hindistanlı həmkarı ilə görüşdə Ermənistanın  qeyri-konstruktiv mövqeyindən çəkindirilməsinin vacib olduğunu vurğulayıb -  AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.

Yenixeber.org: Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Hindistan arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Tərəflər iki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil, nəqliyyat və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin mövcud olduğunu, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi üçün siyasi məsləhətləşmələrin və ikitərəfli iqtisafi komissiya mexanizminin əhəmiyyətini qeyd ediblər.

Son bir-neçə il ərzində artan siyasi təmasların münasibətlərə müsbət töhfə baxımından vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb. Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsinin, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsinin hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb.

Nazirlər iki ölkə arasında münasibətlərdə çətinlik yaradan məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı şəkildə mövqeləri diqqətə çatdırıb, bu məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam