Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Çexiyadakı atışmada ölənlər arasında azərbaycanlı var? -Rəsmi AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, dünən Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışma olub. Atışma zamanı 20-yə yaxın şəxs həlak olub, 30-a yaxın yaralı var. Praqa şəhərinin meri hadisəni törədən şəxsin intihar etdiyini bildirib.

Yenixeber.org: Dünyanın ən qədim və məşhur ali təhsil müəssisələrindən biri Karlov Universitetində bir çox azərbaycanlı da təhsil alır. Praqada baş verən hadisədə ölən və yaralananların arasında azərbaycanlıların da olub-olmaması barədə məlumat əldə etmək üçün Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, atışma zamanı ölənlər və zərər çəkənlər arasında azərbaycanlı yoxdur.

Qeyd edək ki, hadisəni Kladno şəhərindən olan 24 yaşlı tələbə David Kozak törədib. O, bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. Kozak silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam