Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Rövşən Vəliyev məhkəmə zalında həbs edildi -SƏBƏB

 

Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev həbs edilib.

Yenixeber.org-un məlumata görə, professor külli miqdarda dələduzluqda təqsirli bilinib. İttihama görə, o, bir neçə nəfərə yalan vəd verərək 80 min manatdan çox pul ələ keçirib.

İşi Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb.

Hökmə əsasən, R.Vəliyev 6 il azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan professor məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rövşən Vəliyev 2007-ci ildə də saxta sənədlərdən istifadə etmə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam