Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bakıda universitet müəllimi vəfat etdi

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri, professor İsmayıl Sadıqov vəfat edib.

Yenixeber.org: Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

İsmayıl Sadıqov 1941-ci il iyulun 15-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1957-1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika mühəndisliyi ixtisasında təhsil alıb, institutu fərqlənmə diplomu ilə bitirib. Həmin ildən təhsil aldığı institutun Materiallar müqaviməti kafedrasında müəllimlik fəaliyyətinə başlayıb, müxtəlif illərdə baş laborant, assistent, baş müəllim, dosent, nəhayət kafedra müdiri vəzifələrində çalışıb. 1960-cı illərdə Rusiya Federasiyasının Kuybışev İnşaat Mühəndisləri İnstitutunun aspirantı olub. Alim 56 elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

İsmayıl Sadıqov 1970-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik, 1984-cü ilin dekabrında isə “İnşaat mexanikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

O, 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Moskva şəhərində) müxbir üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü olub.

Vəfatına qədər professor İsmayıl Sadıqov AzMİU-nun Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin sərəncamları ilə 2005-ci ildə 3-cü dərəcə, 2010-cu ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə, 2006-cı ilin iyun ayında “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb, 2011-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” Ordeni ilə təltif olunub.(Modern.az )

Allah rəhmət eləsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam