Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Nikol, qaç, arxaya baxmadan qaç! -Saakaşvili Paşinyana müraciət etdi

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.

Yenixeber.org-un məlumatına görə, Saakaşvili sosial şəbəkədə yazıb:

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma Kreml rəhbərliyində erməni konyakını sevənlər bununla bağlı özlərinə məhdudiyyət tətbiq etməyəcəklər və adi rusların fikirləri onların vecinə də olmayacaq.

Amma bu qadağa Paşinyan üçün bütün qırmızı işıqları yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo isə onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.

Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İqtisadi İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası ayağınızı Rusiyadan uzaq tutun, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın.

 

 Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi dayandırın. Gecikmə ölüm kimidir!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam