Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

İmişlidə sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

İmişli rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Yalavac kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə kənd bələdiyyəsinin sədri barəsində protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam