Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Hacıqabulda dirəkdən kabel oğurlayan, qohumunun evinə girən şəxs saxlanılıb- FOTO

 

Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-averilən məlumata görə, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov saxlanılıb.

İlkin dindirilmə zamanı E.İbrahimov törətdiyi oğurluq faktını etiraf edib. Onun ətrafında aparılan istintaq hərəkətləri zamanı sonuncunun rayon ərazisində yerləşən və qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurladığı və zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam