Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Əmircan sakinləri narazılıq etdi, AYNA göstəriş verdi

Suraxanı rayonundan “Ulduz” metrosu istiqamətində fəaliyyət göstərən 184 saylı marşrut xətti ilə bağlı problem illərdir həll olunmur.

Yenixeber.org: Məsələ ilə bağlımüraciət edən sakinlər bildiriblər ki, avtobusların sayının azlığı və 15-20 dəqiqəlik intervalla hərəkət etməsi gediş-gəlişi çətinləşdirir.

Onların fikirlərinə görə, avtobusda gecikmə, natəmizlik illərdir düzəlmir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirdi ki, qurum marşrut xətlərində avtobus sayını nəzarətə götürüb:

“Suraxanı rayonunun Əmircan qəsəbəsində 113, 184, 191, 208, 209 və 213 nömrəli marşrut avtobusları fəaliyyət göstərir. Bu marşrut avtobusları qəsəbəni paytaxtın müxtəlif əraziləri ilə əlaqələndirir. 184 nömrəli marşrut xəttində isə 8 ortatutumlu avtobus 12 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Yollardakı nəqliyyat sıxlığı ilə əlaqədar günün pik saatlarında interval 15-20 dəqiqəyə qədər arta bilir.(Axar.az)

Daşıyıcıya xətt üzrə avtobus sayının artırılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam