Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Gürcüstan regionda sülh prosesini dəstəkləməyə hazırdır" -Qaribaşvili

 

Ermənistan Baş Nazir Aparatının rəhbəri Araik Arutyunyan Gürcüstana işgüzar səfəri çərçivəsində bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Görüşdə Ermənistan-Gürcüstan ikitərəfli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, strateji məsələlər üzrə yüksək səviyyəli dialoq təkcə Gürcüstan və Ermənistana deyil, həm də bütün regiona xeyir verəcək.

Hər iki tərəfdən regionda sülh və sabitliyin təmin edilməsi vurğulanıb. İrakli Qaribaşvili bildirib ki, Gürcüstan regionda sülh və sabitliyə yönəlmiş prosesləri dəstəkləməyə hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam