Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

 

Bakının mərkəzi prospektlərindən biri - Səbail rayonu ərazisində yerləşən Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılan təmir işləri ilə bağlı yol polisi sürücülərə müraciət edib.

Yenixeber.org: Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yollar 3 gün - 12, 13 və 14 mart tarxilərində (bazar günündən çərşənbə axşamı daxil olmaqla) asfalt örtüyü ilə əvəzlənəcək və avtomobillərin hərəkəti üçün bağlanacaq.

"Bununla əlaqədar olaraq, Azneft dairəsindən Yusif Səfərov küçəsinə doğru (Cavanşir körpüsünə doğru) getmək istəyən sürücülər alternativ yoldan istifadə etməlidirlər

- Azneft dairəsindən yuxarı Niyazi küçəsi ilə sağa dönmə ilə İstiqlaliyyət küçəsi ilə (İçərişəhər m.)
- Daha aşağı Sabirin abidəsinə qədər, sonra sola, Azərbaycan prospektinə (Monolit və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin binasına doğru)
- Daha sonra Beşmərtəbədən sağa, Şəmsi Bədəlbəyli küçəsinə dönün və Azadlıq prospektinə çıxışla irəli (28 Mall)
- Orada prospektə sağa, sonra Nizami küçəsi ilə kəsişmədən sola və Nizami küçəsi ilə düz Yusif Səfərov küçəsi ilə kəsişməyə.

Bunu nəzərə alaraq, sürücülərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər”, - A.Əsgərli bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam