Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

TƏBİB rəhbərinin müavini:"Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"

 

"Fərqliliyi olan insanların rifahının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir".

Yenixeber.org: Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorun müavini Anar İsrafilov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

O bildirib ki, son illərdə reabilitalogiya sahəsində ciddi uğurlar əldə olunub:

"Ölkəmizdə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi daim dövlətin nəzarətindədir. Bu sahədə həyata keçirilən layihələrdə Heydər Əliyev Fondunun danılmaz rolu var".

A.İsrafilov bildirib ki, son illər uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb:

"Bunun təkcə tibbi yox, həm də sosial səbəbləri var. Cəmiyyətin əsas problemlərindən biri də bulinqdir. Bu mənada valideynlər övladlarına diqqətlə yanaşmalıdırlar. Əminəm ki, bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə birlikdə çatacağıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam