Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Neftçalada maarifləndirmə tədbiri keçirilib -FOTOLAR

 
Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib. 
Yenixeber.org:  Görüşdə çıxış edən RPŞ-nin rəisinin Şəxsi Heyətlə İş üzrə Köməkçisi, polis kapitanı Valeh Hətəmov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edərək, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.
"Erkən nikaha qətiyyətlə yox deyək" mövzusunda çıxış edən RPŞ-nin əməkdaşı, polis mayoru Yalçın Qafarov, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, bu cür halların qanunla qadağan olunduğunu bildirib.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam