Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycan könüllüləri Türkiyədə zərərçəkən uşaqlara xidmət etməyə davam edirlər -FOTOLAR

Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədilə yollanan azərbaycanlı gənclər artıq dördüncü həftədir ki, könüllü kimi fəaliyyətini davam etdirirlər.
Yenixeber.org: Fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan gənclərimiz zərərçəkmiş şəxslərə göndərilmiş qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətlər göstərirlər.
Zəlzələdən təsirlənənlərin uşaqlar olduğunu nəzərə alaraq, könüllülərimiz uşaqları daim diqqətdə saxlayır, onların inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Könüllü gənclərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün uşaqlara qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də onlarla müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər.
Qeyd edək ki, ötən həftə könüllülərimizin düşərgəsinin yerləşdiyi çadır şəhərciyinin ərazisində qurulan Texnofest çadırında fəaliyyət göstərən Azərbaycan könüllüləri uşaqlarla səmərəli vaxt keçiriblər.

Azərbaycan könüllüləri Türkiyədə zərərçəkən uşaqlara xidmət etməyə davam edirlər - FOTOLAR











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam