Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Naxçıvanın xüsusi təyinatlıları təlimdə -FOTOLAR

Naxçıvanın xüsusi təyinatlıları təlimdə -    FOTOLAR   
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Yenixeber.org: Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.



Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları yoxlanılıb. Qarlı-çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb gecələyiblər.



Təlim zamanı keçirilən praktiki məşğələlərdə yüksək dağlıq ərazilərdə donvurma zamanı görülən təxirəsalınmaz tədbirlər, kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi qaydaları şəxsi heyətə çatdırılıb.



Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi əraziyə basqın fəaliyyəti yerinə yetirilib.

Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçiləbilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib. Qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam