Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

 “Nar”ın dəstəyi ilə Fibonacci Games oyunlarının finalı keçirilib

 

 

“Nar”ın dəstəyi ilə ölkənin ilk intellektual-əyləncəli oyunu olan Fibonacci Games oyunlarının 9-cu mövsümünün finalı keçirilib. Artıq 6-cı ildir ki, hər həftə yüzlərlə intellektual asudə sevənləri Fibonacci Games oyunları bir yerə yığır. Bu mövsümün final oyununun qaliblərinə isə mobil operator “Nar” dəyərli hədiyyələr təqdim edib.

Yenixeber.org: Qeyd edək ki, intellektual hərəkatın kütləviləşməsində böyük rol oynayan Fibonacci Games oyunlarının bu mövsümündə 40-dan çox komandaya müxtəlif sahələrdən olan suallar verilib. Yarışın həm Azərbaycan, həm rus dillərində olması daha çox insanın bir araya gəlməsini təmin edib.

Hər zaman müasir trendləri izləyən “Nar” mütərəqqi və proqressiv gənclərə dəstəyini bu cür intellektual layihələrlə ifadə edir. Mobil operatorun bu istiqamətdə gördüyü işlərlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

 “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam