Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Qərənfillərə bürünən metronun “20 Yanvar” stansiyasından -FOTOREPORTAJ

 

Bu gün ölkə ərazisində matəm günü kimi qeyd edilir. Xalq 1990-cı il yanvarın 20-də yaşanan faciədə şəhid olan soydaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Yenixeber.org: Metronun “20 Yanvar” stansiyası matəm rəmzi olaraq qərənfillərə bürünüb.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

PhotoStock.az-ın 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı metronun “20 Yanvar” stansiyasından hazırladığı reportajı təqdim edirik: 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam