Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Mastercard”, “Apple Pay” və "Google Pay”lə ödəniş dayandırılıb -Bakı-Sumqayıt qatarında

 

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılıb.

Yenixeber.org: Kartla ödəniş etməyə çalışan sərnişinlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları bununla bağlı xəbərdarlıq edib.

Dəmir yolu işçilərinin sözlərinə görə, məhdudiyyət noyabrın 4-dən qüvvəyə minib və nə zaman aradan qaldırılacağı bilinmir.

ADY-nin Çağrı Mərkəzindən “Report”a faktı təsdiq ediblər və qeyd ediblər ki, “Mastercard” vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay” və “Google Pay” üzərindən ödəniş etməmək tövsiyə edilir:

“Biz ümumiyyətlə “Apple Pay” və “Google Pay”ə rəsmi olaraq zəmanət vermirik. Yalnız kart ilə ödəniş etməyə tövsiyə edirik. Hazırda isə “Mastercard” kartı, “Apple Pay” və “Google Pay” cihazları ilə ödəniş edərkən turniket açılmayacaq. Problem var və onun aradan qaldırılması üçün işlər aparılır”.

“Mastercard” şirkətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, problemin aradan qaldırılması üçün banklarla işlər aparılır: “ADY-yə məxsus qatarlarda bank kartı ödənişlərinin qəbulu ilə bağlı bəzi qısamüddətli NFC problemlərinin olduğundan xəbərdarıq. Onları aradan qaldırmaq üçün banklarla yaxından təmasdayıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam