Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb? -Video


Bakı Nəqliyyat Agentliyi (BNA) Türkiyədən yeni avtobuslar gətirsə də, Bakının qəsəbə və kəndləri onların üzünü görməyib, köhnə nəqliyyat vasitələrinin ümidinə qalıb.

Yenixeber.org: Bakı şəhəri, həmçinin ətraf qəsəbə və kəndlərdə daşıyıcı şirkətlər arasında ciddi pərakəndəlik, qeyri-sağlam, anormal vəziyyət var. Belə ki, borca girərək, kredit götürərək avtobus parkını yeniləyən daşıyıcı şirkətlər də, istifadə müddətini başa vurmuş avtobuslarla sərnişin daşıyan şirkətlər də adam başına eyni qiymətə - 30 qəpiyə sərnişin daşıyır.
Elə daşıyıcı şirkətlər var ki, avtobus parkını yeniləmək onlar üçün mümkün deyil. Bunun əsas əziyyətini də sərnişinlər çəkir, isti yay günlərində uzaq məsafələri istifadə müddətini başa vurmuş köhnə və kondisionersiz avtobuslarda getməli olurlar. Xəbərdə yer verilən ekspert rəyinə görə, Bakıda metro xidməti dövlət dotasiyası ilə işlədiyi kimi avtobus nəqliyyatında da bu sistem tətbiq edilməlidir.
Mətbuat orqanının əməkdaşı "BakuBus" MMC-nin deposuna baş çəkib və onlarla avtobusun orada "tozlandığının" şahidi olub.
Daha ətraflı:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam