Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Ceyhun Əsgərov müalicədən imtina edir" -TƏBİB

"Ceyhun Əsgərov müalicədən imtina edir" -    TƏBİB   
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin nəzarətindədir. Onun Mərdəkan ərazisində yaşadığı ünvana təcili və təxirəsalınmaz tibbi yardım briqadası göndərilib.
Yenixeber.org: Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib. O bildirib ki, hazırda tibbi briqada onun evindədir və yardım göstərməyə çalışırlar:

"Lakin Ceyhun Əsgərov yardımdan imtina edir. Hazırda biz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş direktoru ilə danışıqlar aparırıq.

Hüquq mühafizə orqanlarının müşayiəti ilə psixoloji yardım briqadasının evinə göndərilməsi və onun dispanser nəzarətində yatırılmasının təmin edilməsinə çalışırıq. Çünki Ceyhun Əsgərovun intensiv həkim nəzarəti altında müalicə almasına ehtiyac var. Səhiyyə Nazirliyi ilə birgə onun xəstəxanaya yerləşdirilməsinə bir neçə dəfə cəhd etmişik. Müəyyən müddət müalicə alıb, amma kursu davam etdirmədiyi üçün yenidən bu vəziyyətlə qarşılaşır".

Tibbi yardımdan imtian edən Ceyhun Əsgərov həyat yoldaşını yanında istədiyini qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam