Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bakıda uşaqlara işgəncə verilən mərkəz kimindir?

Bakıda uşaqların işgəncələrə məruz qaldığı mərkəz barədə bir sıra faktlar üzə çıxıb.

Yenixeber.org: "Mehnur" reabilitasiya mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.

Mərkəzin Xırdalan şəhərində, Nəsimi, Nizami rayonlarında və Binə qəsəbəsində olmaqla 4 fərqli ünvanda filialları fəaliyyət göstərir.

Uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər isə "Mehnur" reabilitasiya mərkəzinin Nizami rayonu, Neftçilər metrosunun yaxınlığı, R.Rüstəmov 50 A. ünvanında yerləşən filialında baş verib.

Mərkəzin rəhbəri Nuranə Hacızadə mütəxəssis kimi televiziya proqramlarında və təlimlərdə iştirak edib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə "Mehnur" reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı kadrlar əks olunub.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, özəl loqoped mərkəzində uşaqlara işgəncə verənlərin kimliyi məlum olub. Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək.

Səhiyyə Nazirliyindən isə qeyd olunub ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam