Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Paytaxtda kirayə ev tapılmır: Qiymətlər daha da arta bilər -VİDEO

 

Kirayə mənzil bazarında ciddi qıtlıq yaşanır. Elə buna görə də artıq bəzi ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslər ofislərinin girişinə “Kirayə mənzil yoxdur” elanları vurublar.

Yenixeber.org: Rieltorlar deyirlər ki, qıtlığın əsas səbəblərindən biri Bakıda söküntülərin çox olmasıdır. Digər səbəb isə tələbə faktorudur. Artıq tələbələr əvvəlki illərdəki kimi kirayə qaldıqları mənzilləri yay aylarında təhvil vermirlər.

Uzun illərdir rieltorluqla məşğul olan Həşim Qədirov bildirir ki, bazarda kirayə mənzil təklifi az olduğundan qiymətlər də günü-gündən artır. İndi mərkəzdənkənar sayılan Sabunçu, Yasamal, Xətai və Nizami rayonlarının bəzi ərazilərində 300 manatdan aşağı ev yoxdur.

Mərkəzə yaxın yerlərdə isə qiymətlər xeyli yüksəkdir. Məsələn, “Nərimanov”, “Gənclik” və “Elmlər Akademiyası” metro stansiyalarının yaxınlığında ikiotaqlı mənzillər 500 manatdan bahadır.

Bildirilir ki, universitetə yeni qəbul olacaq tələbələrin xüsusilə sentyabr ayının əvvəllərində Bakıya gələcəyi nəzərə alınsa, qiymətlər daha da arta bilər.

Ətraflı süjeti təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam