Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Çavuşoğlu:"İraqda Türkiyə səfirliyinə hücum olmayıb"

Mövlud Çavuşoğlu
“Bağdadda Türkiyə səfirliyinə hər hansı hücum olmayıb, səfirliyin təhlükəsizliyi gücləndirilib”.

Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində İraqın Dohuk əyalətinin Zaho rayonunda baş verən və 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum barədə danışarkən deyib.

Nazir bildirib ki, viza verilən bir ofisdə Türkiyə bayrağını yandırmağa cəhd ediblər, səfirliyin keçmiş binası yaxınlığında aksiya keçirilib: “Türkiyənin İraqın müxtəlif bölgələrində apardığı mübarizə PKK terror təşkilatı ilədir. Türkiyə heç vaxt mülki əhaliyə atəş açmayıb, o cümlədən də Dohukda mülki əhaliyə hər hansı hücum olmayıb. Bu, əslində Türkiyənin terrorla mübarizəsini əngəlləmək məqsədi daşıyır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam