Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Qonşu ölkədə COVID-19-a yoluxanların sayı kəskin artır

Rusiyada bu həftə koronavirusa yoluxanların sayı keçən həftə ilə müqayisədə 25% çoxdur.

Yenixeber.org: İyulun 11-dən iyulun 17-dək ölkədə 28 085 yoluxma (bu, mayın sonundan bəri maksimumdur), iyulun 4-dən iyulun 10-dək isə 22 452-yə yoluxma qeydə alınıb. Rusiyada infeksiyaya yoluxma artıq üçüncü həftədir artmaqdadır və bazar günü yoluxma nisbəti 1,34-ə çatıb. Bu da fevralın əvvəlindən bəri ən yüksək göstəricidir.

İkinci həftədir ki, xəstəxanaya yerləşdirilən xəstələrin sayı da artır. Operativ Qərargahın məlumatına görə, son 7 gündə əvvəlki analoji dövrdəki 7629 nəfərə qarşı (4,9% artım) 8003 nəfər xəstəxanaya yerləşdirilib.

Bu həftə 20 249 nəfər sağalıb ki, bu da keçən həftədən 3% azdır. Rusiyada COVID-19-dan ölüm hallarının artmasına baxmayaraq, azalmaqda davam edir. İyulun 11-dən İyulun 17-dək qərargah 298 ölüm faktını qeydə alıb ki, bu da 2020-ci ilin aprel ayı ilə təxminən eynidir.(“TASS”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam