Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ukrayna Baş Qərargahı:"Rusiya ordusu hücumu bərpa etmək üçün qoşunlarını yenidən qruplaşdırır"

 

“Volın, Polis və Severski istiqamətlərində ciddi dəyişiklik olmayıb. Qarşı tərəf qoşunlarımızın hərəkətlərinin qarşısını almaq məqsədilə Xarkov istiqamətində cəmləşir”.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

“Müdafiə Qüvvələrinin idarəetmə və rabitə sistemini pozmaq üçün düşmən radioelektron döyüş komplekslərindən fəal şəkildə istifadə edir. Slavyansk istiqamətində Rusiya Silahlı Qüvvələri hücum hərəkətləri ilə Boqorodiçne, Mazanivka və Dolina yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirməyə çalışır. Döyüşlər davam edir. Rusiya ordusu hücumu bərpa etmək üçün qoşunlarını yenidən qruplaşdırır. Artilleriyanın dəstəyi ilə düşmən Vasilivka, Berestov, Şpirne, Klinove, Mayorsk yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları aparır, lakin nəticəsiz qalır”, – məlumatda bildirilib.

İnformasiyaya görə, Rusiya ordusu Novovoskresenski ərazisindəki mövqelərin mühəndis texnikasını təkmilləşdirir:

“Qoşunların maddi-texniki təminatı ilə bağlı olaraq müvəqqəti işğal olunmuş Krımdan “Kalançak” dəmir yolu stansiyasına döyüş sursatı olan 17 vaqon köçürülüb. Qara dənizdə “Kalibr” tipli üç qanadlı raket hazır vəziyyətdədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam