Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Sahil Babayev pensiya yaşı tamam olan şəxslərin müavinətlə təminatından danışdı

Azərbaycanda pensiya yaşı tamam olan istənilən şəxs heç bir orqana müraciət etmədən pensiya və müavinətlə təmin edilir.

Yenixeber.org: Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, nazirlik elektron pensiya təyinatı sistemini tətbiq edəndən sonra bu proses reallaşıb.

"Biz elektron pensiya və elektron müavinət təyinatı qanunvericiliyini irəli sürəndə çoxları bu sistemin tətbiqinin problemlər yaradacağını, tətbiqin reallaşmayacağını deyirdi. İddia olunurdu ki Azərbaycanda elektron bazalar və məlumatlar kifayət qədər deyil, bu prosesdə səhvlər olacaq. Araşdırmalarımız göstərdi ki, bizim bazada olmayan məlumatların işlənməsinə görə səhv ehtimal 5-7 faizdir. Amma bu faizi təmizləmək 5 ildir. Ona görə də biz qərar qəbul etdik və 2019-cu ildən biz başladıq elektron təyinatları bu sistemi tətbiq etməyə və çıxan səhvləri aradan qaldırdıq. Bu gün bu məsələ reallaşıb. Hazırda fəxrlə deyə bilərəm ki, bu gün 500 min insan pensiya yaşı tamam olan gün heç bir qapı döymədən, heç bir orqana getmədən, heç bir sənəd yığmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ad günü təbriki alır və pensiya təminatı barədə ona məlumat verilir, bu hüququ əldə edir və pensiya ilə təmin edilir.

Amma həmin tətbiqə qədər pensiya yaşı tamam olan şəxs bununla bağlı sənəd toplamağa 3 ay vaxt sərf edirdi. İndi bu problem tam aradan qaldırılıb",-nazir bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam