Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

İsrail İrana cavab verdi-RƏSMİ

“Təklif edirəm ki, ittihamlara vaxt itirməyək, faktlarla danışaq. Artıq həftələrdir ki, İran terror hücrələri İranın terrorçu hökumətinin göstərişi ilə Türkiyə torpaqlarında günahsız israilliləri öldürməyə çalışır”.

Yenixeber.org: Bunu İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat tviterdə yazıb.

“İranın başqa bir suveren dövlətin ərazisində (Türkiyədə – red.) terrorçuluğu İran tərəfindən bütün normaların və ümumi qəbul edilmiş təcrübələrin növbəti kobud şəkildə pozulmasıdır.

İran rejimi terrorizm və təhrikçiliyi seçir, dünya dövlətləri isə ölkələr arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsinə can atır və çalışır”, – o vurğulayıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi İsrail xarici işlər naziri Yair Lapidin ötən gün Türkiyənin paytaxtı Ankarada səsləndirdiyi bəyanata münasibət bildirərək onu gülünc adlandırıb və israilli naziri İran-Türkiyə münasibətlərinə xələl gətirməkdə ittiham edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam